25 mart 2026. Çərşənbə

Çempionlar Liqasının turnir cədvəli - “Bavariya” 12 xalla birinci, “Qarabağ” ilk 24-lükdə


Çempionlar Liqasının turnir cədvəli  - “Bavariya” 12 xalla birinci, “Qarabağ” ilk 24-lükdə

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsində 4-cü tur başa çatıb.

90deqiqe.Az xəbər verir ki, bu gün keçirilən oyunlardan sonra Almaniyanın “Bavariya” klubu 12 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Vensan Kompaninin rəhbərlik etdiyi Münhen təmsilçisi 4-cü turda son mövsümün qalibi “PSJ” üzərində 2:1 hesablı qələbə qazanaraq 100 faiz nəticə göstərib.

Cədvəldə “Bavariya”nı “Arsenal”, “İnter”, “Mançester Siti”, “PSJ”, “Nyukasl Yunayted”, “Real” və “Liverpul” izləyir.

“Qalatasaray”, “Çelsi”, “Qarabağ”, “Borussiya” Dortmund və “Barselona” isə 9–24-cü yerlər arasında mövqe tutur.

Xatırladaq ki, ümumi mərhələnin 8 turu başa çatdıqdan sonra 36 komandalıq yekun cədvəl formalaşacaq. İlk 8 komanda birbaşa 1/8 final mərhələsinə adlayacaq, 9–24-cü pillələrdə qərarlaşan klublar isə pley-off oyunlarında iştirak edəcəklər.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"