5 dekabr 2025. Cümə

“Hakim eyni epizoda görə Madrid və Marseldə fərqli qərar verdi”


“Hakim eyni epizoda görə Madrid və Marseldə fərqli qərar verdi”

Çempionlar Liqasının növbəti turunda “Marsel” evdə “Atalanta”ya 0:1 hesabı ilə məğlub olub.

90deqiqe.Az xəbər verir ki, Fransa klubunun baş məşqçisi Roberto De Zerbi oyundan sonra qərarlardan narazılığını gizlətməyib.

Matçın taleyi Lazar Samardziçin son dəqiqə qolu ilə müəyyənləşib. Qoldan az əvvəl “Atalanta”nın futbolçusu Ederson cərimə meydançasında topa əli ilə toxunub, lakin hakim penalti təyin etməyib və VAR-a müraciət etməyib.

De Zerbi bu epizodu Madrid “Real”ı ilə oyunla müqayisə edib:

“Hakim deyiləm, amma qaydaları kifayət qədər yaxşı tanıyıram. Biz Madriddə eyni vəziyyətə görə penalti ilə cəzalandırıldıq, bu dəfə isə yox. Deməli, qaydalar Madrid və Marseldə fərqli işləyir. Sadəcə bəxtimiz gətirmədi.”

Mütəxəssis komandasının oyunundan da danışıb:

“İlk 20 dəqiqə zəif çıxış etdik, “Atalanta” daha yaxşı idi. Amma ümumilikdə komanda pis oynamadı. Qarşıda 4 oyun qalır və mən hələ də növbəti mərhələyə çıxacağımıza inanıram. Ötən il bir çox komanda pley-offa son tura qədər düşməmişdi, amma biri sonda kuboku qazandı.”

Turnir cədvəlinə əsasən, “Marsel” 3 xalla 25-ci, “Atalanta” isə 7 xalla 16-cı yerdə qərarlaşıb.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”