14 avqust 2026. Cümə

UEFA "Qarabağ"ın rəqibini cərimələdi


UEFA "Qarabağ"ın rəqibini cərimələdi

UEFA “Ayntraxt” (Frankfurt) klubuna “Liverpul”la keçirilmiş və 1:5 hesabı ilə məğlub olduqları görüşdə qeydə alınmış qayda pozuntularına görə maliyyə cəzası tətbiq edib.

90deqiqe.Az-ın məlumatına görə, ümumi cərimə məbləği 39 250 avro təşkil edir. Cəza aşağıdakı maddələr üzrə müəyyənləşdirilib:

  • ictimai keçidlərin bağlanması – 11 000 avro

  • pirotexniki vasitələrdən istifadə – 10 750 avro

  • uyğun olmayan mesajların göstərilməsi – 17 500 avro

Xatırladaq ki, “Ayntraxt” Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”la qarşılaşacaq. Görüş 2026-cı il yanvarın 21-də Bakıda baş tutacaq.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu