20 yanvar 2026. Çərşənbə axşamı

“Napoli” “Qarabağ”la oyuna itkilərlə çıxacaq


“Napoli” “Qarabağ”la oyuna itkilərlə çıxacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın qonağı olacaq “Napoli” qarşıdakı matça ciddi itkilərlə çıxacaq.

90deqiqe.Az-ın məlumatına görə, Neapol təmsilçisinin baş məşqçisi Antonio Konte bildirib ki, komandanın daha iki futbolçusu – Billi Qilmor və Leonardo Spinazzola zədələrini tam sağaltmadıqları üçün “Qarabağ”la görüşü buraxacaqlar. Mütəxəssisin sözlərinə görə, hər iki oyunçunun yaşıl meydanlara dönüş vaxtı hələlik məlum deyil.

Konte həmçinin A Seriyasının son turunda “Atalanta” ilə görüşdə (3:1) əvəzlənən Rasmus Heylund və Amir Rahmani barədə də danışıb. O, hər iki futbolçunun sadəcə yorğunluq səbəbindən oyunu vaxtından əvvəl tərk etdiyini, ciddi problemlərinin olmadığını və hazırda komanda ilə birlikdə məşq etdiklərini qeyd edib.

Qeyd edək ki, daha əvvəl Andre-Zambo Anqissa, Kevin De Bruyne və Romelu Lukakunun da zədə səbəbindən “Qarabağ”a qarşı matçda iştirak etməyəcəyi təsdiqlənmişdi.

Xatırladaq ki, “Napoli” – “Qarabağ” qarşılaşması noyabrın 25-dən 26-na keçən gecə “Dieqo Armando Maradona” stadionunda baş tutacaq və oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.







Çempionlar liqası

"Barselona" hücumçusunu itirdi
  • Çempionlar liqası
  • 19:35 19.01.2026
"Barselona" hücumçusunu itirdi
UEFA "Bavariya"nı iki oyuna görə cəzalandırdı
  • Çempionlar liqası
  • 23:21 17.12.2025
UEFA "Bavariya"nı iki oyuna görə cəzalandırdı
“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”