25 mart 2026. Çərşənbə

“Slaviya" ilə oyunlar həmişə çox çətin keçir”


“Slaviya" ilə oyunlar həmişə çox çətin keçir”

“Atletik” klubunun baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının 5-ci turunda Çexiyanın “Slaviya” komandası ilə keçiriləcək qarşılaşma öncəsi fikirlərini bölüşüb. 

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.

“Qarşımızda dörd oyun qalıb və onların hər biri maksimum güc tələb edəcək. “Slaviya” ilə görüşlər həmişə çox çətin keçir. Rəqib inanılmaz sürətlə oynayır və dayanmaq bilmir. Onların futbolçuları daim hücumda şans axtarırlar və baş məşqçilərinin işinə böyük hörmətlə yanaşıram”

“Bu stadionla yaxşı tanışam, burada həmişə fantastik atmosfer olur. Çox dözümlü olmalı, oyuna qələbə həvəsi ilə çıxmalıyıq”, — deyə mütəxəssis əlavə edib.

Qeyd edək ki, oyun 25 noyabr tarixində baş tutacaq.Matçın start fiti Bakı vaxtı ilə saat 00:00-da çalınacaq.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"