14 may 2026. Cümə axşamı

“Qalatasaray” evdə “Yunion”a uduzdu


“Qalatasaray” evdə “Yunion”a uduzdu

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin 5-ci turunda “Qalatasaray” öz meydanında “Yunion”la qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, İstanbuldakı “RAMS Park”da keçirilən oyunda qonaqlar 1:0 hesablı qələbə qazanıb. 

57-ci dəqiqədə yeganə qol qonaqların yarımmüdafiəçisi Promis Devid tərəfindən vurulub.

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen bu görüşdə iştirak etməyib.

Qeyd edək ki, əvvəlki turda “Qalatasaray” “Ayaks”ı 3:0 hesabı ilə məğlub etmişdi, “Yunion” isə “Atletiko”ya 1:3 hesabı ilə uduzmuşdu.

Cari mövsüm Çempionlar Liqasının finalı Budapeştdəki “Puşkaş Arena” stadionunda keçiriləcək və 30 may 2026-cı il tarixində baş tutacaq.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"