13 mart 2026. Cümə

“Mançester Siti” evdə “Bayer”ə uduzdu


“Mançester Siti” evdə “Bayer”ə uduzdu

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin 5-ci turunda “Mançester Siti” doğma meydanda “Bayer”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Etihad” stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

23-cü dəqiqədə Leverkuzen təmsilçisinin yarımmüdafiəçisi Alehandro Qrimaldo hesabı açıb. 55-ci dəqiqədə isə hücumçu Patrik Şik komandasının üstünlüyünü artırıb.

Ötən turda “Mançester Siti” Dortmund “Borussiya”sını 4:1 hesabı ilə məğlub etmişdi. “Bayer” isə “Benfika” üzərində 1:0 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, Çempionlar Liqasının cari mövsümünün finalı 2026-cı il mayın 30-da Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.







Çempionlar liqası

PSJ "Çelsi"ni darmadağın etdi
  • Çempionlar liqası
  • 02:10 12.03.2026
PSJ "Çelsi"ni darmadağın etdi