5 dekabr 2025. Cümə

“Çelsi” “Barselona”nı darmadağın etdi


 “Çelsi” “Barselona”nı darmadağın etdi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin 5-ci turunda “Çelsi” “Barselona”nı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Stemford Bric”də baş tutan matç London təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun 4-cü dəqiqəsində Enso Fernandes “Çelsi”nin qapısından keçən topu rəqib qapısına göndərsə də, Uesli Fofananın qol ötürməsi zamanı əli ilə oynadığı müəyyən olunduğu üçün epizod ləğv edilib. Ardınca “Barselona”nın hücumçusu Ferran Torres real qol şansından yararlana bilməyib — top dirəyin yanından keçib.

22-ci dəqiqədə Enso Fernandes bir daha “Barselona”nın qapısına yol tapsa da, bu dəfə də ofsayd səbəbilə qolu hesaba alınmayıb. 27-ci dəqiqədə isə Jül Kunde avtoqol edərək londonluları önə keçirib.

44-cü dəqiqədə qonaqların futbolçusu Ronald Arauxo ikinci sarı vərəqə alaraq meydandan qovulub. 51-ci dəqiqədə ingilis klubunun üçüncü qolu da ofsayd səbəbilə ləğv olunub: Alehandro Qarnaconun ötürmə zamanı ofsaydda olduğu müəyyən edilib.

55-ci dəqiqədə Estevao Vilyan hesabı 2:0 edib. 74-cü dəqiqədə Liam Delapin qolu isə matçın yekun nəticəsini müəyyənləşdirib — 3:0.

Bu qarşılaşmadan sonra “Çelsi” 10 xalla Çempionlar Liqasının ümumi cədvəlinin üst hissəsində qərarlaşıb. “Barselona” isə 7 xalla orta sırada yer alır.

Qeyd edək ki, turnirin finalı 2026-cı il mayın 30-da Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”