29 iyun 2026. Bazar ertəsi

“Qarabağ” səfərdə “Napoli”yə uduzdu


“Qarabağ” səfərdə  “Napoli”yə uduzdu

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Qarabağ” səfərdə İtaliyanın “Napoli” komandası ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, Neapolda “Stadio Diego Armando Maradona”da baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın hesabı 66-cı dəqiqədə açılıb – Skott Maktominey italiyalıların lehinə fərqlənib. Yeddi dəqiqə sonra, 72-ci dəqiqədə isə ağdamlıların futbolçusu Marko Yankoviç avtoqola imza ataraq “Napoli”nin üstünlüyünü artırıb.

Bu nəticə ilə “Qarabağ” cari mövsümdə Çempionlar Liqasının Liqa mərhələsində ikinci məğlubiyyətini yaşayıb.

Qurban Qurbanovun komandası VI turda – dekabrın 10-da Bakıda Niderlandın “Ayaks” klubunu qəbul edəcək.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu