5 dekabr 2025. Cümə

“Çelsi” “Barselona”nı, “Bayer” “Mançester Siti”ni məğlub etdi


“Çelsi” “Barselona”nı, “Bayer” “Mançester Siti”ni məğlub etdi

Bu gün UEFA Çempionlar Liqasının V turu çərçivəsində futbol azarkeşlərinə bol həyəcan yaşadıb.

90deqiqe.Az-ın məlumatına görə, gün ərzində keçirilən doqquz matç müxtəlif nəticələrlə yadda qalıb.

“Qalatasaray” öz meydanında gözlənilmədən “Union”a 0:1 hesabı ilə uduzub. Almaniya klubunun qolu Promis Daviddən gəlib. “Ayaks” da doğma azarkeşləri qarşısında “Benfika”ya 0:2 hesabı ilə məğlub olub.

Azərbaycan çempionu “Qarabağ”ın səfər sınağı da uğurlu alınmayıb. Neapolda keçirilən görüşdə “Napoli” 2:0 hesabı ilə qalib gəlib. Qollar Maktominay və Yankoviçin avtoqolu ilə qeydə alınıb.

Günün ən səs-küylü nəticələrindən biri “Mançester Siti”nin “Etihad”da “Bayer”ə 0:2 uduzması olub. Dortmund “Borussiya”sı isə “Vilyarreal”ı 4:0 hesabı ilə darmadağın edib. “Marsel” evdə “Nyukasl”a 2:1 qalib gəlib, “Yuventus” isə Norveçdə “Bude-Qlimt”i 3:2 yenib.

Digər maraqlı matçda “Çelsi” “Barselona” üzərində inamlı oyunla 3:0 hesablı qələbə qazanıb. Kataloniya təmsilçisi birinci hissənin sonlarında azlıqda qalıb və bundan sonra matçın axarı tam londonluların xeyrinə dəyişib.

Günün digər qarşılaşmasında “Slaviya” ilə “Atletik” arasında hesab açılmayıb – 0:0.

Turnirin finalı 2026-cı il mayın 30-da Budapeştin “Puşkaş Arena” stadionunda keçirilməlidir.

 

  • “Qalatasaray” – “Union” – 0:1

  • “Ayaks” – “Benfika” – 0:2

  • “Napoli” – “Qarabağ” – 2:0

  • “Slaviya” (Praqa) – “Atletik” (Bilbao) – 0:0

  • “Marsel” – “Nyukasl Yunayted” – 2:1

  • “Bude-Qlimt” – “Yuventus” – 2:3

  • “Mançester Siti” – “Bayer” – 0:2

  • “Borussiya” (Dortmund) – “Vilyarreal” – 4:0

  • “Çelsi” – “Barselona” – 3:0







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”