14 may 2026. Cümə axşamı

“Mançester Siti” ÇL-də 2013-dən sonra ilk dəfə alman klubuna uduzdu


“Mançester Siti” ÇL-də 2013-dən sonra ilk dəfə alman klubuna uduzdu

“Mançester Siti” Çempionlar Liqasında 14 ev oyunundan sonra ilk dəfə alman klubuna uduzub.

90deqiqe.Az-ın "Stata Football"a istinadən məlumatına görə, ötən gecə baş tutan 2025/26 mövsümünün 5-ci tur matçında “Siti” “Etihad” stadionunda “Bayer”ə 0:2 hesabı ilə yenilib. Bu nəticəyə qədər “şəhərlilər” alman komandalarına qarşı 13 qələbə seriyası əldə etmişdi.

Komanda son dəfə 2013-cü ildə, Quardiolanın başçılıq etdiyi “Bavariya”ya məğlub olmuşdu.

Məlumata görə, cari mövsümün Çempionlar Liqası finalı 2026-cı il mayın 30-da Budapeştdəki “Puškaş Arena”da keçiriləcək.

Turnirin son qalibi – “PSJ”dir.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"