- Çempionlar liqası
- 22:50 27.11.2025
Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının beşinci turunda İngiltərənin “Tottenhem” komandası ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı “Tottenhem"in güclü rəqib olduğunu və oyunun çətin olacağını bildirib.
“Tottenhem" mövsümə əla başlayıb və Çempionlar Liqasında hələ uduzmayıb. Onların əksər futbolçuları milli komandaların üzvləridir. Bu, güclü komandadır. Superkubok? O, mövsümün ilk oyunuydu; çərşənbə günü isə tam başqa matç olacaq. Əla xatirədir, çünki yaxşı bitdi, amma ilk 60 dəqiqəni xatırlasaq, çətinliklər yaşadıq”
O, əlavə edib: “Hər oyunda məqsədimiz eynidir – oyuna nəzarət etmək. Çətin olacaq, amma ‘Park de Prens’də oynayacağıq və azarkeşlərimiz önündə əla oyun sərgiləməyi ümid edirik. Bu oyuna hazırlaşmaq asandır. Çox danışmağa ehtiyac yoxdur, çünki bilirik ki, bu, bizim üçün başqa matç və fərqli yarışdır. Biz mövcud çempionuq və yolumuza davam etmək istəyirik.”
Qeyd edək ki, görüş bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.Hazırda “PSJ” 9 xalla 7-ci, “Tottenhem” isə 8 xalla 12-ci pillədədir.