14 dekabr 2025. Bazar günü

PSV “Liverpul”a darmadağınla qalib gəldi


PSV “Liverpul”a darmadağınla qalib gəldi

Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunda “Liverpul” öz meydanında PSV-ni qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Enfild”də keçirilən qarşılaşma Eindhoven təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. 

Matçın 6-cı dəqiqəsində İvan Perişiç penaltini dəqiq yerinə yetirərək hesabı açıb. 16-cı dəqiqədə Dominik Soboslai tarazlığı bərpa edib. 56-cı dəqiqədə Qus Til PSV-ni yenidən önə çıxarıb. 73-cü dəqiqədə Kouhaib Driuş fərqi artırıb, 90+1-ci dəqiqədə isə o, dubla imza atıb.

Bu nəticədən sonra “Liverpul” 9 xalla Çempionlar Liqasının ümumi cədvəlinin orta hissəsində qərarlaşıb. PSV isə 8 xalla eyni hissədə mövqe tutur.

Növbəti turda “Liverpul” 9 dekabrda səfərdə “İnter”in qonağı olacaq. PSV isə həmin gün doğma meydanda “Atletiko” ilə qarşılaşacaq.







Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi