29 oktyabr 2026. Cümə axşamı

“Arsenal” “Bavariya”nı məğlub etdi


“Arsenal” “Bavariya”nı məğlub etdi

Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin 5-ci turunda “Arsenal” “Emirates” stadionunda “Bavariya”nı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, İtaliyadan olan baş hakim Marko Quida idarə etdiyi matç 3:1 hesabı ilə London təmsilçisinin xeyrinə başa çatıb.

77-ci dəqiqədə Qabriel Martinelli hesabı 3:1 edib. Bunun əvvəlində, 22-ci dəqiqədə Yuriën Timber görüşdə ilk qola imza ataraq “topçular”ı irəli çıxarıb. 32-ci dəqiqədə Lenart Karl hesabı bərabərləşdirib. 69-cu dəqiqədə Nonni Maduəke meydan sahiblərinə yenidən üstünlük qazandırıb.

Ötən turda “Arsenal” səfərdə Praqanın “Slaviya” klubunu 3:0 məğlub edib. “Bavariya” isə “PSJ” üzərində 2:1 hesablı qələbə qazanıb.

Növbəti turda London təmsilçisi 10 dekabrda “Brügge” ilə qarşılaşacaq, Almaniya nəhəngi isə 9 dekabrda “Sportinq”lə üz-üzə gələcək.

Cari mövsümün Çempionlar Liqasının finalı 2026-cı il mayın 30-da Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi