24 mart 2026. Çərşənbə axşamı

“Atletiko” son dəqiqə qoluyla “İnter”i məğlub etdi


“Atletiko” son dəqiqə qoluyla “İnter”i məğlub etdi

Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin 5-ci turunda Madridin “Atletiko” klubu evdə “İnter”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Civitas Metropolitano” stadionunda keçirilən görüşdə Madrid təmsilçisi 2:1 hesabı ilə qələbə qazanıb.

9-cu dəqiqədə Xulian Alvares meydan sahiblərini hesabda irəli çıxarıb. 54-cü dəqiqədə “İnter”in yarımmüdafiəçisi Pyotr Zyelinski tarazlığı bərpa edib. Matçın taleyi isə 90+3-cü dəqiqədə həll olunub – Xose Ximenes “Atletiko”ya qələbə gətirən qola imza atıb.

Növbəti turda Madrid klubu 9 dekabrda səfərdə PSV ilə qarşılaşacaq. “İnter” isə həmin gün doğma meydanda “Liverpul”u qəbul edəcək.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"