6 dekabr 2025. Şənbə

“Real”dan “Olimpiakos” üzərində çətin qələbə


“Real”dan “Olimpiakos” üzərində çətin qələbə

Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunda “Olimpiakos” öz meydanında “Real”la qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, Pireydə keçirilən matçda qollar ard-arda gəlib və qarşılaşma 3:4 hesabı ilə Madrid klubunun qələbəsi ilə yekunlaşıb. 

Yunanıstan təmsilçisi erkən qol vurub: 8-ci dəqiqədə Şikinyu fərqlənib. Ardınca “Real”ın ulduz hücumçusu Kilian Mbappe səhnəyə çıxıb — 22–29-cu dəqiqələr arasında üç qol vuraraq het-trik edib.

İkinci hissədə Mehdi Taremi hesabı 2:3 edib. Mbappe isə 60-cı dəqiqədə yenidən fərqlənərək poker tamamlayıb. 81-ci dəqiqədə El-Kaabi “Olimpiakos”un üçüncü qolunu vurub, amma bu, xilas üçün kifayət etməyib.

Matçdan sonra “Olimpiakos” 2 xalla 33-cü yerdə, “Real” isə 12 xalla 5-ci pillədə qərarlaşıb.

Növbəti turda yunanlar 9 dekabrda “Kayrat”la səfər oyununa çıxacaq, Madrid klubu isə 10 dekabrda “Mançester Siti”ni qəbul edəcək.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”