25 oktyabr 2026. Bazar günü

“Bu, lazım olmayan risk idi”


“Bu, lazım olmayan risk idi”

Almaniya millisinin sabiq futbolçusu Mixael Ballak Çempionlar Liqasının ümumi mərhələsinin V turunda “Arsenal”la keçirilən oyunda (1:3) Manuel Noyerin yol verdiyi nəticəyə təsir edən səhvi barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, "Goal" sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Buna ehtiyac yox idi. Noyer düzgün qərar vermədi. Əgər o, topun ardınca gedirsə, onu mütləq qazanmalıdır – bunu özü də yaxşı bilir. Risk etməyi seçdi və bunun əvəzini ödədi”

Xatırladaq ki, matçın epizodlarından birində “Bavariya”nın qapıçısı rəqibin sürətli hücumunu kəsmək üçün qapısını tərk edərək meydanın yarısına qədər irəliləyib. Bu anı isə “Arsenal”ın hücumçusu Qabriel Martinelli dərhal dəyərləndirərək topu Noyerin yanından ötürüb və boş qapıya göndərib.

Qeyd edək ki, “Bavariya” Çempionlar Liqasının növbəti turunda Lissabonun “Sportinq” klubu ilə qarşılaşacaq.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi