17 mart 2026. Çərşənbə axşamı

PSV-nin baş məşqçisi “Liverpul” üzərində tarixi qələbəni şərh etdi


PSV-nin baş məşqçisi “Liverpul” üzərində tarixi qələbəni şərh etdi

Niderlandın PSV klubunun baş məşqçisi Peter Bos, İngiltərənin “Liverpul”unu 4:1 hesabı ilə məğlub etdikləri Çempionlar Liqasının V turu matçından sonra məmnunluğunu ifadə edib.

90deqiqe.Az xəbər verir ki, "NOS" portalı təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

“Çox qürurluyam. Görüb etdiklərimizlə, həmçinin oynadığımız futbolla qürurlanırıq”

 “Biz bəzi dəyişikliklər etdik və bunlar işə yaradı. Təzyiqdən çıxa bildik. Bu, yalnız PSV üçün deyil, həm də bizim futbolun prestiji üçün çox önəmlidir. “Ənfilddə” 4:1 qalib gəlmək Avropada həqiqətən böyük bir hadisədir”, – Bos qeyd edib.

PSV-nin baş məşqçisi həmçinin komandalarının kapitanı Yərdi Şautenin oyunundan razı qaldığını bildirib. Şaute, özünün sevimli mövqeyi olmayan mərkəzi müdafiəçi mövqeyində oynayaraq iki qol vurub.

“Yərdi çox yaxşı oynadı. Həm müdafiədə, həm də hücumda çox güclü idi. Bu anı birlikdə yaşayaq”, – deyə o, sözlərini tamamlayıb.

Matçın ilk yarısında bərabərlikdən sonra PSV komandası çətinliklər yaşayan İngiltərə çempionunu məğlub etməyi bacarıb."Liverpul" 9 xalla 13-cü, PSV isə 8 xalla 15-ci pillədə qərarlaşıb.







Çempionlar liqası

"Cavab oyunundan əvvəl heç bir qorxum yoxdur"
  • Çempionlar liqası
  • 11:57 17.03.2026
"Cavab oyunundan əvvəl heç bir qorxum yoxdur"
“Mbappe hazırdır, Belinqem isə ...”
  • Çempionlar liqası
  • 23:09 16.03.2026
“Mbappe hazırdır, Belinqem isə ...”
"Bayer"lə cavab oyunu çətin olacaq”
  • Çempionlar liqası
  • 21:48 16.03.2026
"Bayer"lə cavab oyunu çətin olacaq”
"Real" ilə oyuna xüsusi planımız yoxdur"
  • Çempionlar liqası
  • 20:03 16.03.2026
"Real" ilə oyuna xüsusi planımız yoxdur"
"Əgər oyunçular inanmırsa, evdə qalsınlar"
  • Çempionlar liqası
  • 19:37 16.03.2026
"Əgər oyunçular inanmırsa, evdə qalsınlar"