14 avqust 2026. Cümə

“Nyukasl” UEFA-ya şikayət edəcək


“Nyukasl” UEFA-ya şikayət edəcək

İngiltərənin “Nyukasl” klubu UEFA-ya şikayət ünvanlayacaq.

90deqiqe.Az xəbər verir ki, bu addım Çempionlar Liqasının “Marsel”ə qarşı keçirilən səfər matçında azarkeşlərlə ədalətsiz davranışla bağlı atılıb.

Klub fransız polisini matç bitdikdən sonra azarkeşlərə qarşı gözyaşardıcı qaz, dəyənəklər və qalxanlardan istifadə etməkdə ittiham edib. “Azarkeşlərin təhlükəsizliyi və rifahı hər zaman prioritet olmalıdır və biz bu insident zamanı polis tərəfindən azarkeşlərimizə edilən davranışı qəti şəkildə pisləyirik”, – yayılan bəyanatda qeyd olunub.

Qeyd edək ki, matç 2:1 hesabı ilə “Marsel”in qələbəsi ilə başa çatıb. “Nyukasl” hazırda turnir cədvəlində 11-ci yerdədir, “Marsel” isə 21-ci pillədə qərarlaşıb.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu