14 avqust 2026. Cümə

Neymar'ın cəzası ilə bağlı yeni qərar


Neymar'ın cəzası ilə bağlı yeni qərar

Beynəlxalq idman arbitraj məhkəməsi PSJ-nin futbolçusu  Neymarın cəzasını azaldıb.

Corner.az-ın qurumun saytına istinadən xəbərinə görə, braziliyalı futbolçuya verilən 3 oyunluq cəza 2-yə endirilib. 27 yaşlı hücumçu Çempionlar Liqasının qrup mərhələsində "Real" və "Qalatasaray"la görüşlərdə iştirak etməyəcək. Neymar ÇL-in 3-cü turunda "Brügge" ilə matçda isə meydanda ola biləcək.

Qeyd edək ki, Neymar ötən mövsüm Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Yunayted"lə cavab matçından sonra sosial şəbəkədə hakimləri təhqir etdiyi üçün 3 oyunluq cəzalandırılmışdı.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu