- Çempionlar liqası
- 12:58 23.01.2025
Borussiya'nın kapitanı Marko Roys Çempionlar Liqasının qrup mərhələsində “Barselona” ilə qarşılaşacaqları ilk oyundan əvvəl fikirlərini söyləyib.
Corner.az xəbər verir ki, almaniyalı futbolçu yerli mətbuata açıqlamasında rəqib komandanın futbolçusu Lionel Messinin bugünkü matçda iştirak etməsini istədiyini bildirib: “Messi bizə qarşı oynasa, çox xoşbəxt olardım. O, hazırda planetin ən yaxşı futbolçusudur. Pako Alkaserlə danışdım. O, sakitdir və özünü yaxşı hiss edir. Onun bu oyunda bizə çox kömək edəcəyini düşünürəm”.
Qeyd edək ki, bu gün keçiriləcək “Borussiya” – “Barselona” matçı saat 23:00-da start götürəcək.