14 avqust 2026. Cümə

ÇL matçı öncəsi 100-dən çox azarkeş saxlanıldı


ÇL matçı öncəsi 100-dən çox azarkeş saxlanıldı
UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində bu gün Hollandiyada keçiriləcək “Ayaks” - “Lill” matçı öncəsi Fransa klubunun azarkeşləri qalmaqal yaradıblar.

Corner.az xəbər verir ki, bu barədə Hollandiya polisinin yaydığı rəsmi açıqlamada bildilir.
 
Hadisə nəticəsində 100-dən çox fransalı azarkeş saxlanılıb. “Lill” fanatları ictimai asayişi pozmaqda, pirotexniki vasitələrdən istifadədə, həmçinin şiddət nümayiş etdirmək günahlandırılır. Polis onların haqqında araşdırmalara start verildiyini də bəyan edib.
 
Hollandiya mətbuatının yazdığına görə isə, xoşagəlməz olayların çoxu “Yohan Kroyff Arena”nın yaxınlığındakı “Strandvliet” metrostansiyasında qeydə alınıb. Fransalı azarkeşlər relslərin üzərinə çıxdığından metronun işində müəyyən fasilə yaranıb.
 
Qeyd edək ki, “Ayaks” - “Lill” matçı bu gün saat 23:00-da start veriləcək.






Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu