- Çempionlar liqası
- 23:48 20.03.2026
Çempionlar Liqasının qrup mərhələsində səfərdə "Napoli"nin qonağı olan "Liverpul" turnirə məğlubiyyətlə başlayıb.
Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, Liverpul son çempion kimi, yeni mövsümə məğlubiyyətlə başlayan ikinci komanda olub.
Axırıncı dəfə "Milan" ÇL-in qalibi olduqdan sonra 1994-95 mövsümünə "Ayaks"a məğlub olmuşdu - 0:2. Milan'dan 25 il sonra "Liverpul" eyni aqibətlə üzləşib.
Qeyd edək ki, "Napoli" son 10 dəqiqədə vurduğu qollarla 2:0 hesablı qələbə qazanıb.