14 avqust 2026. Cümə

Artıq Ukraynada özümə ev almışam - Qvardiola


Artıq Ukraynada özümə ev almışam - Qvardiola

Xosep Qvardiola baş məşqçi kimi Ukraynanın  “Şaxtyor” klubu ilə tez-tez qarşılaşmasına münasibət bildirib.

Corner.az-ın xəbərinə görə, hazırda “Mançester Siti”ni çalışdıran Pep keçirdiyi mətbuat konfransında deyib ki, o, “Barselona” və “Bavariya”da işləyəndə də Donetsk təmsilçisi ilə oyunlar üçün Ukraynaya səfər edib: “Bu dəfə isə məşqçisi olduğum “Mançester Siti” “Şaxtyor”la qarşılaşır”.

“Onlarla qarşılaşmaq sizi bezdirməyib ki” sualına Qvardiola gülərək belə cavab verib: “Mən artıq Ukraynada özümə ev almışam. Demək olar, hər mövsüm bura gəlirəm. Ukrayna xoşuma gəlir”.

Qeyd edək ki, bu gün Çempionlar Liqasının qrup mərhələsində “Şaxtyor” Xarkov şəhərində “Mançester Siti” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23.00-da başlanacaq.(qol)







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu