9 dekabr 2025. Çərşənbə axşamı

“Qarabağ”a qarşı oyun bizim üçün çox önəmlidir"


“Qarabağ”a qarşı oyun bizim üçün çox önəmlidir"

Niderlandın “Ayaks” klubunun baş məşqçisi Fred Qrim UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 60 yaşlı mütəxəssis səfərin uğurlu keçdiyini vurğulayıb:

“Klubdakı insanlar bizə dəstək olurlar və bu, bizə ümid verir. Səyahətimiz yaxşı keçib. Azarkeşlərimizin buraya gəlməsi bizi sevindirir. ‘Qarabağ’ çox yaxşı komandadır. Onların oyunlarını izləmişəm, futbolçuları texniki baxımdan güclüdür. Sabahkı matç bizim üçün çox vacibdir”.

Fred Qrim futbolçularına güvəndiyini bildirib:
“Bu qarşılaşmanı səbirsizliklə gözləyirik. Futbolçulara hazırkı durumlarına əsasən şans verəcəyik. İnkişaf etməyə çalışırıq”.

Mütəxəssis Çempionlar Liqasındakı əvvəlki nəticələrə də toxunub:
“Oyundan-oyuna dəyişikliklər olub. Bu turnirdə xalsız qalmaq pisdir. Biz də növbəti mərhələyə yüksəlmək istəyirdik. Sabah xal qazanmaq niyyətindəyik”.

O, “Qarabağ” barədə də müsbət fikirlər səsləndirib:
“Rəqibin oyunlarını təhlil etmişik. Balanslı və formalaşmış komandadır. Hücumlara sürətli çıxırlar, yaxşı müdafiə olunurlar və ağıllı oynayırlar”.

Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” oyunu saat 21:45-də başlayacaq.







Çempionlar liqası

“Ayaks”la oyuna ciddi hazırlaşmışıq"
  • Çempionlar liqası
  • 18:33 09.12.2025
“Ayaks”la oyuna ciddi hazırlaşmışıq"
“İnter” əsas oyunçusunu itirə bilər
  • Çempionlar liqası
  • 23:43 08.12.2025
“İnter” əsas oyunçusunu itirə bilər
“Əsas diqqətimiz Çempionlar Liqasındadır”
  • Çempionlar liqası
  • 22:44 08.12.2025
“Əsas diqqətimiz Çempionlar Liqasındadır”