29 oktyabr 2026. Cümə axşamı

“Qarabağ”a qarşı yaxşı oyun göstərməyə çalışacağıq"


“Qarabağ”a qarşı yaxşı oyun göstərməyə çalışacağıq"

Niderlandın “Ayaks” klubunun qapıçısı Vitezslav Yaroş UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda “Qarabağ”la keçiriləcək oyun öncəsi Bakıdakı mətbuat konfransında açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, 24 yaşlı futbolçu “Ayaks”da çıxış etməkdən məmnun olduğunu bildirib:
“Bu klubda olduğum üçün xoşbəxtəm. Hər şey mənim üçün yaxşı gedir. Komandamız son matçlarda inkişaf edib. Son iki oyuna əsasən bunu deyə bilərəm. ‘Qarabağ’a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq”.

Yaroş rəqibi yaxşı analiz etdiklərini vurğulayıb:
“‘Qarabağ’ın oyunlarını izləmişik. Onlara qarşı yaxşı oyun göstərmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Qarabağ” – “Ayaks” oyunu dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi