29 oktyabr 2026. Cümə axşamı

"Matça hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı"


"Matça hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı"

“Qarabağ”ın futbolçusu Mateus Silva UEFA Çempionlar Liqasının liqa mərhələsinin VI turunda “Ayaks”la keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi matça hazırlıq müddətinin qısa olduğunu bildirib:

“Matça hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Bununla belə, azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

O, komandanın oyun planının olduğunu vurğulayıb:
“Bizim öz oyun planımız var. Bu turnirdə uğur qazanmaq üçün komanda olaraq çalışmaq lazımdır. Sizə söz verirəm ki, sabah əlimizdən gələni edəcəyik. Heç bir həyəcan yoxdur. Yaxşı oyun göstərməyə çalışacağıq”.

Mateus Silva ötən mövsüm “Ayaks”la oyunu da xatırladıb:
“Ötən mövsüm ‘Ayaks’la qarşılaşmışdıq və məğlub olmuşduq. Bu dəfə fərqli ssenari olacaq”.

Futbolçu adının “Flamenqo” ilə hallanmasına da münasibət bildirib:
“Mətbuatda çıxan bütün xəbərlərə inanmaq məcburiyyətində deyilik. Hazırda bütün fikrim komandadadır”.

Qeyd edək ki, “Qarabağ” – “Ayaks” oyunu dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi