- Çempionlar liqası
- 23:00 09.12.2025
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının liqa mərhələsinin VI turunda Niderlandın “Ayaks” komandasına qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis oyuna qısa müddətdə hazırlaşdıqlarını bildirib:
“Sabah bizi vacib oyun gözləyir. ‘Ayaks’ bu qarşılaşmaya bütün gücü ilə hazırlaşıb. Rəqib oyun ərzində tez-tez dəyişikliklər edir. Biz isə öz oyun planımızdan kənara çıxmaq istəmirik”.
Baş məşqçi Niderland mətbuatının “Qarabağ”ı favorit kimi dəyərləndirməsinə də toxunub:
“‘Qarabağ’ın favorit hesab olunması sevindirici haldır. Bu, illərin əziyyətinin nəticəsidir. Kənardan müsbət qiymət almaq xoşdur. Bu mövsüm Avropada yaxşı mübarizə aparırıq”.
Qurban Qurbanov futbolçularının çıxışından razı olduğunu, lakin daha böyük nəticələrə can atdıqlarını vurğulayıb.
Qeyd edək ki, “Qarabağ” – “Ayaks” oyunu dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.