14 yanvar 2026. Çərşənbə

“Atalanta” evdə “Çelsi”ni məğlub etdi


 “Atalanta” evdə “Çelsi”ni məğlub etdi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün əsas mərhələsinin VI turunda “Atalanta” (İtaliya) və “Çelsi” (İngiltərə) üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Berqamodakı “Gewiss – Atleti Azzurri d’Italia” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün 25-ci dəqiqəsində Joao Pedro London təmsilçisini hesabda irəli çıxarıb. Lakin 55-ci dəqiqədə Canluka Skamakka tarazlığı bərpa edib. Matçda son nöqtəni isə 83-cü dəqiqədə Şarl De Ketelare qoyub.

Bu nəticədən sonra “Atalanta” 13 xalla turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib. 10 xala malik “Çelsi” isə 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Çempionlar Liqasının final oyunu 30 may 2026-cı ildə Budapeştdəki “Puškaš Arena”da keçiriləcək.







Çempionlar liqası

UEFA "Bavariya"nı iki oyuna görə cəzalandırdı
  • Çempionlar liqası
  • 23:21 17.12.2025
UEFA "Bavariya"nı iki oyuna görə cəzalandırdı
“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi