- Çempionlar liqası
- 02:08 10.12.2025
UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin VI turunda “Barselona” doğma meydanda Almaniyanın “Ayntraxt” klubunu qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, “Spotify Kamp Nou” stadionunda keçirilən qarşılaşma katalonların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı 21-ci dəqiqədə “Ayntraxt”ın futbolçusu Ansqar Knauff açıb. Lakin ikinci hissədə təşəbbüsü ələ alan meydan sahibləri 50-ci dəqiqədə Jül Kunde ilə bərabərlik qolunu vurublar. Cəmi üç dəqiqə sonra müdafiəçi ikinci dəfə fərqlənərək dubla imza atıb və komandasına qələbə qazandırıb.
Bu nəticədən sonra “Barselona” 10 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. “Ayntraxt” isə dörd xalla 30-cu yerdədir.
Qeyd edək ki, Çempionlar Liqasının final oyunu 2026-cı il mayın 30-da Budapeştdəki “Puşkaş Arena” stadionunda keçiriləcək.