15 yanvar 2026. Cümə axşamı

“İnter” “Liverpul”a minimal hesabla qalib gəldi


“İnter” “Liverpul”a minimal hesabla qalib gəldi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin VI turunda “İnter” və “Liverpul” komandaları qarşılaşıblar.

90deqiqe.Az-ın məlumatına görə,  Milanın “San-Siro” (Cüzeppe Meatsa) stadionunda keçirilən oyun qonaqların minimal hesablı – 1:0 qələbəsi ilə başa çatıb.

Görüşün 32-ci dəqiqəsində “Liverpul”un müdafiəçisi İbraima Konate hesabı açsa da, VAR-a baxıldıqdan sonra qol ləğv olunub. Oyunda yeganə qol isə 88-ci dəqiqədə meydan sahiblərinin qapısına təyin edilən penalti zərbəsini dəqiq yerinə yetirən Dominik Soboslai tərəfindən vurulub.

Altı turdan sonra “İnter” 12 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. “Liverpul” da eyni sayda xal toplayaraq səkkizinci yerdədir.

Qeyd edək ki, ötən turda “İnter” Madrid “Atletiko”suna 1:2, “Liverpul” isə PSV-yə 1:4 hesabı ilə məğlub olmuşdu. Çempionlar Liqasının finalı 2026-cı il mayın 30-da Budapeştdəki “Puşkaş Arena” stadionunda keçiriləcək.







Çempionlar liqası

UEFA "Bavariya"nı iki oyuna görə cəzalandırdı
  • Çempionlar liqası
  • 23:21 17.12.2025
UEFA "Bavariya"nı iki oyuna görə cəzalandırdı
“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi