- Çempionlar liqası
- 02:08 10.12.2025
Dekabrın 9-da UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin VI turu çərçivəsində doqquz qarşılaşma keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, oyun günü bir sıra maraqlı və dramatik nəticələrlə yadda qalıb.
Ən diqqətçəkən görüşlərdən biri Milanda baş tutub. “Liverpul” səfərdə “İnter”i 1:0 hesabı ilə məğlub edərək vacib üç xal qazanıb. Oyunun taleyini 88-ci dəqiqədə Dominik Soboslayin dəqiq penaltisi həll edib.
Türkiyənin "Qalatasaray" klubu Fransada "Monako"nun qonağı olub və minimal hesabla uduzub.
İtaliyada isə “Atalanta” güclü rəqib “Çelsi”ni 2:1 hesabı ilə üstələyib. İtaliya klubu son dəqiqələrdə vurduğu qolla mühüm qələbə əldə edərək turnir cədvəlində mövqeyini möhkəmləndirib.
Barselonada keçirilən qarşılaşma da dramatik alınıb. “Barselona” erkən qol buraxmasına baxmayaraq, Jül Kundeinin dublu sayəsində “Ayntraxt”ı 2:1 hesabı ilə məğlub edib.
“Atletiko” isə Niderlandda PSV üzərində 3:2 hesablı çətin səfər qələbəsi qazanıb. “Bavariya” da doğma meydanda “Sportinq”i 3:1 hesabı ilə üstələyib.
“Kayrat” – “Olimpiakos” – 0:1
“Bavariya” – “Sportinq” – 3:1
“Monako” – “Qalatasaray” – 1:0
PSV – “Atletiko” Madrid – 2:3
“Tottenhem” – “Slaviya” Praqa – 3:0
“Yunion” – “Marsel” – 2:3
“Barselona” – “Ayntraxt” Frankfurt – 2:1
“İnter” – “Liverpul” – 0:1
“Atalanta” – “Çelsi” – 2:1
Xatırladaq ki, Çempionlar Liqasının final görüşü 30 may 2026-cı ildə Budapeştdə yerləşən “Puşkaş Arena” stadionunda keçiriləcək.