13 yanvar 2026. Çərşənbə axşamı

ÇL oyunu öncəsi "Real"a şad xəbər


ÇL oyunu öncəsi "Real"a şad xəbər

“Real” klubunun hücumçusu Kilian Mbappe Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı turunda “Mançester Siti”yə qarşı keçiriləcək oyun üçün komandanın sifariş ərizəsinə daxil edilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

Daha əvvəl bildirilmişdi ki, Mbappe İspaniya La Liqasının 15-ci turunda “Selta” ilə oyunda (0:2) sol əlinin adsız barmağını sındırıb. Qeyd olunurdu ki, fransalı futbolçu matçdan öncə komandanın məşqində iştirak etməyib.

“Real” – “Mançester Siti” qarşılaşması bu gün, dekabrın 10-da baş tutacaq. Oyun Madrid şəhərində yerləşən “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. Görüşün start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək.

Hazırda “Mançester Siti” 10 xalla Çempionlar Liqasının ümumi mərhələsinin turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. “Real” Madrid isə 12 xalla 6-cı yerdədir.







Çempionlar liqası

UEFA "Bavariya"nı iki oyuna görə cəzalandırdı
  • Çempionlar liqası
  • 23:21 17.12.2025
UEFA "Bavariya"nı iki oyuna görə cəzalandırdı
“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi