13 yanvar 2026. Çərşənbə axşamı

UEFA “Ayntraxt”ı cəzalandıracaq


UEFA “Ayntraxt”ı cəzalandıracaq

UEFA Çempionlar Liqasında “Barselona” ilə keçirilən oyunda (1:2) Frankfurt “Ayntraxt”ının azarkeşlərinin davranışına görə Almaniya klubunu cəzalandırmağa hazırlaşır.

90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumatına görə, stadionda baş verən iğtişaşlar, meydançaya davamlı şəkildə müxtəlif əşyaların atılması, fanat məşəllərinin yandırılması, onlardan birinin “Barselona” azarkeşlərinin sektoruna atılması, eləcə də tribunadakı bir neçə qarşıdurma Avropa futbolunun ali qurumunun diqqətindən yayınmayıb.

Qeyd olunur ki, bu səbəbdən matçın UEFA nümayəndəsi baş verənlərlə bağlı ətraflı hesabat hazırlayaraq qurumun İntizam Komitəsinə təqdim edib. Hesabatda hansı əşyaların, neçə ədəd atıldığı, hansı sektordan və tribunaların hansı hissəsinə yönəldiyi dəqiq şəkildə qeyd olunacaq. Yekunda UEFA “Ayntraxt”a Avropa turnirləri çərçivəsində sərt sanksiya tətbiq edəcək.







Çempionlar liqası

UEFA "Bavariya"nı iki oyuna görə cəzalandırdı
  • Çempionlar liqası
  • 23:21 17.12.2025
UEFA "Bavariya"nı iki oyuna görə cəzalandırdı
“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi