29 oktyabr 2026. Cümə axşamı

Mbappe “Mançester Siti” ilə oyuna ehtiyatda başlayacaq


Mbappe “Mançester Siti” ilə oyuna ehtiyatda başlayacaq

Bu gün 2025/2026 mövsümünün Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turu çərçivəsində “Real” ilə “Mançester Siti” üz-üzə gələcək.

90deqiqe.Az-ın məlumatına görə, Madrid klubunun hücumçusu Kilian Mbappe qarşılaşmaya ehtiyat oyunçu kimi başlayacaq.

Oyun Madriddəki “Santyago Bernabeu” stadionunda keçiriləcək. Baş hakim funksiyasını Fransa nümayəndəsi Kleman Tyurpen yerinə yetirəcək. Oyunun start fitini Bakı vaxtı ilə 00:00-da səslənəcək. “Çempionat” matçı mətn formatında canlı yayımlayacaq.

Son turda “kremli”lər Yunanıstanın “Olimpiakos” klubunu 4:3 hesabı ilə məğlub edib, “şəhərlilər” isə Almaniyanın “Bayer Leverkuzen” klubuna 0:2 hesabı ilə uduzub.

Cari mövsümün Çempionlar Liqasının finalı Budapeştdəki “Puşkaş Arena” stadionunda keçiriləcək. Turnirin həlledici qarşılaşması 30 may 2026-cı il tarixində baş tutacaq.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi