- Çempionlar liqası
- 02:14 11.12.2025
“Yuventus”un baş məşqçisi Lusiano Spaletti Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda Kiprin “Pafos” komandası ilə oyundan gözləntilərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.
Mütəxəssis bildirib ki, kiprlilər nəticə əldə etməyə komandada çoxlu braziliyalı və portuqaliyalı futbolçuların olması sayəsində nail olurlar. Lakin Spalettiyə görə, qarşılaşmanın taleyi onun yetirmələrinin oyunundan asılıdır.
“Hazırkı göstəricilərimiz hələ istədiyimiz səviyyədə deyil. Burada həm nəticələr, həm də fərdi oyunlar nəzərdə tutulur. Amma mən ən yaxşı bilirəm ki, oyunçularımla nələr baş verir və bu, əsas məsələdir”, – deyə Spaletti UEFA-nın mətbuat xidməti vasitəsilə bildirib.
Mütəxəssis həmçinin vurğulayıb ki, rəqiblərə güclü olduqları əks-hücumları oynamaq imkanı verməmək vacibdir.
“Yuventus” – “Pafos” matçı Turin şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə 00:00-da başlayacaq.