29 oktyabr 2026. Cümə axşamı

“Qarabağ” evdə “Ayaks”a uduzdu


“Qarabağ” evdə “Ayaks”a uduzdu

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün əsas mərhələsinin 6-cı turu çərçivəsində “Qarabağ” və “Ayaks” üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, görüş Bakıdakı Tofiq Bəhramov adına stadionda keçirilib. Baş hakim funksiyasını Sloveniya nümayəndəsi Rade Obrənoviç yerinə yetirib.

Amsterdam klubunun oyunçuları əzmkar qələbə qazanaraq, matçı 4:2 hesabı ilə başa vurublar.

Oyunun 10-cu dəqiqəsində “Qarabağ”ın hücumçusu Kamilo Duran hesabı açıb. 39-cu dəqiqədə “Ayaks”ın forvardı Kasper Dolberq cərimə meydançasının kənarından zərbə ilə fərqi bərabərləşdirib. 47-ci dəqiqədə “Qarabağ”ın müdafiəçisi Mateus Silva komandamızı yenidən önə çıxarıb. 79-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Oskar Qluh hesabı bərabərləşdirib. 83-cü dəqiqədə Anton Goeyi “Ayaks”ı önə çıxarıb, 90-cı dəqiqədə isə Qluh dublla fərqlənib.

7-ci turda “Qarabağ” 21 yanvar çərşənbə günü evdə Almaniyanın “Ayntraxt” komandası ilə qarşılaşacaq. Bir gün əvvəl isə “Ayaks” İspaniyanın “Vilyarreal” komandası ilə səfər matçına çıxacaq.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi