- Çempionlar liqası
- 02:14 11.12.2025
“Ayaks”ın baş məşqçi səlahiyyətlərini icra edən Fred Qrim UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Bakıda “Qarabağ”a qarşı keçirdikləri oyunu dəyərləndirib.
90deqiqe.Az xəbər verir ki, 4:2 hesabı ilə qalib gəldikləri qarşılaşma barədə danışan mütəxəssis oyunun çətin keçdiyini bildirib:
“Çox yaxşı matç oldu. Rəqib də keyfiyyətli qollar vurdu və şanslar yaratdı. Fasilədən sonra, ikinci hissədə daha yaxşı oynadıq. Hesabda geriyə düşmüşdük, amma sonda qalib gəldik”.
O, “Qarabağ”ın güclü oyun nümayiş etdirdiyini də vurğulayıb:
“Belə qarşılaşmalarda xırda səhvlər oyunun taleyini həll edir”.
Fred Qrim qələbəni böyük sevinclə qeyd etdiklərini bildirib:
“Bizi dəstəkləmək üçün stadiona gələn azarkeşlərə təşəkkür edirəm. Onlar əla idilər. Gənc oyunçularımız da vardı və onlar pis təsir bağışlamadılar. ‘Qarabağ’ın güclü və zəif tərəflərini bilirdik və buna uyğun oynadıq”.