- Çempionlar liqası
- 02:14 11.12.2025
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Bakıda Niderlandın “Ayaks” komandasına 2:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis buraxılan qollara toxunub:
“İlk qollarda bir az diqqətsiz olduq. Sonra rəqibin ustalığı ön plana çıxdı. Buraxdığımız sonuncu qolda Elvin Cəfərquliyev daha diqqətli olmalı idi. Qarşılaşmanın sonlarında bəlkə də yorğunluq var idi və sürətdə məğlub olduq”.
Qurbanov komandasının oyunda kifayət qədər qol imkanları yaratdığını bildirib:
“Çox yaxşı qol şanslarımız oldu, amma yararlana bilmədik. Rəqib bizə nisbətən imkanlardan daha yaxşı istifadə etdi”.
Baş məşqçi sonradan meydana daxil olan futbolçuların çıxışından tam razı qalmadığını da qeyd edib:
“Sonradan oyuna daxil olan futbolçulardan tam razı qalmadım. Daha yaxşı ola bilərdilər. Sadəcə, bu gün alınmadı”.
Mütəxəssis Nəriman Axundzadənin oyununa da münasibət bildirib:
“Onunla bağlı çox müzakirələr gedir. Özüm də nə deyəcəyimi bilmirəm. Hansısa fikir bildirsəm, azarkeşə qarşı çıxmış olacağam. Daha yaxşı oynaya bilərdi. Bu, sonradan meydana çıxan digər futbolçulara da aiddir. Bəlkə də həddindən artıq istəkli olmağımız bizi yordu”.