4 iyun 2026. Cümə axşamı

“Atletik” – PSJ matçında qol səsi çıxmadı


“Atletik” – PSJ matçında qol səsi çıxmadı

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin VI turunda “Atletik” (Bilbao) və PSJ komandaları üz-üzə gəliblər.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma Bilbao şəhərində yerləşən “San-Mames Barria” stadionunda keçirilib. Görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

PSJ-nin qapısını qoruyan rusiyalı qolkiper Matvey Safonov oyunu tam keçirib və meydanı qol buraxmadan tərk edib. Paris klubunun ukraynalı müdafiəçisi İlya Zabarni matça ehtiyat oyunçular skamyasında başlayıb və ikinci hissədə meydana çıxıb.

Çempionlar Liqasının VII turunda PSJ səfərdə Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşacaq. Oyun yanvarın 20-də, çərşənbə axşamı baş tutacaq. Bir gün sonra “Atletik” səfərdə İtaliyanın “Atalanta” komandası ilə üz-üzə gələcək.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu
“Qələbə istəyi bizi gücləndirir”
  • Çempionlar liqası
  • 23:46 29.05.2026
“Qələbə istəyi bizi gücləndirir”
“Bu kuboku qazanmaq istəyirik”
  • Çempionlar liqası
  • 23:38 29.05.2026
“Bu kuboku qazanmaq istəyirik”
“Tarix yazmaq istəyirik”
  • Çempionlar liqası
  • 23:34 29.05.2026
“Tarix yazmaq istəyirik”