14 may 2026. Cümə axşamı

“Arsenal” “Brügge”ni darmadağın etdi


“Arsenal” “Brügge”ni darmadağın etdi

UEFA Çempionlar Liqasının ümumi mərhələsinin VI turunda “Brügge” və “Arsenal” komandaları qarşılaşıblar.

90deqiqe.Az-ın məlumatına görə, Belçikanın Brügge şəhərində yerləşən “Yan Breydel” stadionunda keçirilən oyunda London təmsilçisi 3:0 hesablı qələbə qazanıb. 

Matçın hesabını 25-ci dəqiqədə Noni Madueke açıb. İngilis yarımmüdafiəçi 47-ci dəqiqədə dublunu rəsmiləşdirib. Oyunda son nöqtəni isə 56-cı dəqiqədə Qabriel Martinelli qoyub.

Bu nəticədən sonra “Brügge” 4 xalla Çempionlar Liqasının ümumi turnir cədvəlində 31-ci pillədə qərarlaşıb. “Arsenal” isə 18 xalla liderliyini qoruyur.

Növbəti turda “Brügge” yanvarın 20-də səfərdə “Kayrat”la qarşılaşacaq. “Arsenal” isə həmin gün Milan səfərində “İnter”in qonağı olacaq.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"