- Çempionlar liqası
- 02:14 11.12.2025
UEFA Çempionlar Liqasının liqa mərhələsində VI tura bu gün yekun vurulub.
90deqiqe.Az-ın məlumatına görə, ikinci oyun günündə ümumilikdə doqquz qarşılaşma keçirilib.
Günün ən çox maraq doğuran oyunu Madriddə baş tutub. “Real” doğma azarkeşləri önündə “Mançester Siti” ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub.
Azərbaycan çempionu “Qarabağ” isə Bakıda Niderlandın “Ayaks” klubunu qəbul edib. Qarşılaşmada iki dəfə hesabda önə çıxmasına baxmayaraq, Ağdam təmsilçisi sonda 2:4 hesabı ilə uduzub.
Turun digər diqqətçəkən oyunlarından biri İspaniyada keçirilib. “Atletik” – PSJ qarşılaşmasında tərəflər qolsuz heç-heçə ediblər. Almaniyada baş tutan “Bayer 04” – “Nyukasl” matçı isə məhsuldarlığı ilə yadda qalıb və 2:2 hesabı ilə başa çatıb.
“Arsenal” səfərdə “Brügge”ni 3 cavabsız qolla məğlub edərək liderliyini möhkəmləndirib. “Benfika” doğma meydanda “Napoli” üzərində inamlı qələbə qazanıb – 2:0. “Yuventus” isə “Pafos”la oyunda ciddi çətinlik çəkmədən 2:0 hesabı ilə qalib gəlib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VI tur
“Qarabağ” (Azərbaycan) – “Ayaks” (Niderland) – 2:4
“Vilyarreal” (İspaniya) – “Kopenhagen” (Danimarka) – 2:3
“Atletik” (İspaniya) – PSJ (Fransa) – 0:0
“Bayer 04” (Almaniya) – “Nyukasl” (İngiltərə) – 2:2
“Benfika” (Portuqaliya) – “Napoli” (İtaliya) – 2:0
“Brügge” (Belçika) – “Arsenal” (İngiltərə) – 0:3
“Borussiya” (Dortmund, Almaniya) – “Budyo-Qlimt” (Norveç) – 2:2
“Yuventus” (İtaliya) – “Pafos” (Kipr) – 2:0
“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 1:2