14 avqust 2026. Cümə

Noni Madueke Çempionlar Liqasının həftənin futbolçusu seçilib


Noni Madueke Çempionlar Liqasının həftənin futbolçusu seçilib

“Arsenal”ın və İngiltərə millisinin hücumameylli cinah oyunçusu Noni Madueke UEFA Çempionlar Liqasının həftənin futbolçusu adına layiq görülüb.

90deqiqe.Az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

10 dekabrda “Brügge” ilə keçirilən görüşdə Maduəke dubl etməklə komandasının 3:0 hesablı qələbəsində əsas pay sahibi olub. Onun ilk qolu cinahdan mərkəzə yönələrək cərimə meydançasından kənar zərbə ilə qeydə alınıb. İkinci qol isə sol küncdən gələn ötürməni başla tamamlaması nəticəsində vurulub. “Topçular”ın üçüncü qoluna Qabriel Martinelli imza atıb.

Səsvermədə Maduəke “Atalanta”dan Şarl De Ketelare, “Ayaks”dan Oskar Glux və “Barselona”dan Jül Kunde kimi rəqiblərini qabaqlayıb.

Xatırladaq ki, Noni Maduəke “Arsenal”a 2025-ci ilin yayında keçib. O, bundan əvvəl 2,5 il “Çelsi”nin formasını geyinib.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu