29 iyun 2026. Bazar ertəsi

"Bavariya" və Levandovskidən rekord


"Bavariya" və Levandovskidən rekord

Çempionlar Liqasının qrup mərhələsində "Srvena Zvezda"nı öz meydanında 3:0 hesabı ilə məğlub edən "Bavariya" yeni rekorda imza atıb.

Corner.az-ın məlumatına görə, Münhen klubu 16-cı dəfə ÇL-na qələbə ilə başlayıb.

Bu qarşılaşmada bir qol vuran hücumçu Robert Levandovski isə ardıcıl 4-cü dəfə start matçında fərqlənməyi bacarıb. Bu, həm də polşalı futbolçunun Bundesliqa çempionunun heyətində bütün turnirlərdə 200-cü qolu olub. O, bunu 249 qarşılaşmada reallaşdırıb.

Qeyd edək ki, Levandovski 2014-cü ildən "Bavariya"da çıxış edir.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu