5 dekabr 2025. Cümə

Zidan'dan məğlubiyyət şərhi


Zidan'dan məğlubiyyət şərhi

"PSJ bizdən hər baxımdan üstün idi. Qapımızda təhlükəli epizodlar yaratdılar. Məni ən çox oyunumuzun keyfiyyəti və sürətimizin çatmamağı narahat edir".

Corner.az-ın məlumatına görə, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda PSJ-yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

"Biz təhlükəli epizodlar yarada bilmədik və fərdi qarşıdurmalarda uduzduq. PSJ kimi rəqiblə oynadığınız zaman bu səhvlər baha başa gəlir. Rəqib bütün mövqelərdə yaxşı idi. Onlar qələbəyə layiqdirlər" - deyə o bildirib.

Fransalı mütəxəssisin sözlərinə görə, məğlubiyyətlə barışmaq çətindir: "Kimisə hədəf seçmək istəmirəm.Qazandığımız zaman bu, hər kəsin zəfəri olur. Uduzdumuz vaxt isə hamı günahkardır. Bazar günü növbəti matçımız var. Ona köklənməliyik".(qol)







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”