- Çempionlar liqası
- 21:01 17.12.2025
Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Barselona" – "Ayntraxt" oyunu (2:1) zamanı "Ayntraxt" azarkeşləri "Spotify Kamp Nou"da maddi ziyan vurub.
90deqiqe.Az-ın "RAC1"ə istinadən məlumatına görə, Kataloniya təmsilçisi azarkeşləri tərəfindən törədilən maddi ziyanın əvəzini "Ayntraxt"dan tələb edib.
Hadisə zamanı "Ayntraxt" azarkeşləri "Barselona" azarkeşlərini ayıran bariyerin bir hissəsini sındırıb, oturacaqlara və tualetlərə ziyan vurub. Eyni zamanda yeddi duman fişəngi yandırıb, içki və sidik dolu stəkanlar ataraq tribunada gərginlik yaradıb. Bu, stadionda atmosferin son dərəcə gərgin olmasına səbəb olub.
Qrup mərhələsinin altı turundan sonra "Barselona" 10 xalla 15-ci sırada qərarlaşıb. "Ayntraxt" isə aşağı sıralarda yer alır və aktivində 4 xal var.