17 avqust 2026. Bazar ertəsi

Benzema Anrini geridə qoydu


Benzema Anrini geridə qoydu

Çempionlar Liqasının qrup mərhələsində PSJ ilə oyun "Real"ın hücumçusu Kərim Benzema üçün əlamətdar olub. 

Corner.az-ın məlumatına görə, komandası 0:3 hesabı ilə uduzsa da, 31 yaşlı futbolçu yeni rekorda imza atıb.

Belə ki, bu turnirdə 113-cü görüşünə çıxan Benzema ÇL-da ən çox oyun keçirən fransalı ünvanını ələ keçirib. O, "Arsenal" və "Barselona"da ümimilikdə 112 oyunda çıxış edən həmyerlisi Tyerri Anrini geridə qoyub.

Bununla Benzema ümumi göstəricidə 16-cı pilləyə yüksəlib. ÇL-da ən çox oyun keçirən futbolçu isə İker Kasilyasdı - 177.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu