5 dekabr 2025. Cümə

İnter'in futbolçuları arasında dava


İnter'in futbolçuları arasında dava

Çempionlar Liqasının qrup mərhələsində "İnter" doğma meydanında Slaviya ilə qarşılaşıb və son dəqiqə qolu ilə məğlubiyyətdən xilas olub - 1:1. 

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, qarşılaşmanın fasiləsində Milan təmsilçisinin futbolçuları arasında qalmaqal baş verib.

Belə ki, hücumçu Romelu Lukaku baş məşqçiyə yarımmüdafiəçilərdən şikayət edib və ona lazımi dəstəyi vermədiklərini, vaxtında irəli çıxmadıqlarını deyib. Bu isə futbolçu Marselo Brozoviçin xoşuna gəlməyib. Nəticədə iki futbolçu arasında dava yaşanıb. Vəziyyətin gərginləşdiyini görən digər hücumçu Aleksis Sançes onları ayırmağı bacarıb.

Hadisədən narazı olan baş məşqçi Antonio Konte oyunçularla bağlı tədbir görülməsi üçün rəhbərliyə göstəriş verib.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”