29 oktyabr 2026. Cümə axşamı

"Barselona" hücumçusunu itirdi


"Barselona" hücumçusunu itirdi

“Barselona”nın heyətində növbəti ciddi itki yaşanıb.

90deqiqe.Az xəbər verir ki, komandanın əsas hücumçularından olan Ferran Torres budun arxa əzələsindən zədələnib.

Futbolçu Çempionlar Liqasının qrup mərhələsində “Slaviya” ilə səfər matçında iştirak etməyəcək. Eyni zamanda, Ferranın La Liqada “Real Ovyedo”ya qarşı keçiriləcək oyunu da buraxmaq ehtimalı yüksəkdir.

Qeyd edək ki, “Slaviya” – “Barselona” görüşü yanvarın 21-də Çexiyada baş tutacaq. Hans-Diter Flikin komandası yanvarın 25-də isə doğma meydanda “Real Ovyedo” ilə üz-üzə gələcək.

Statistikaya əsasən, Ferran Torres 2025/2026 mövsümündə keçirdiyi 27 matçda 15 qol vurub və 1 assist edib.

Hazırda “Barselona” La Liqanın lideridir. Madrid “Real”ı isə turnir cədvəlində katalonlardan 1 xal geridə qalır.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi