21 yanvar 2026. Çərşənbə

“Ayntraxt"a qarşı oyunda maksimum diqqətli olmalıyıq”


“Ayntraxt"a qarşı oyunda maksimum diqqətli olmalıyıq”

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda “Qarabağ” üçün həlledici əhəmiyyət daşıyan qarşılaşma öncəsi komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis Bakıda Almaniyanın “Ayntraxt” (Frankfurt) klubuna qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşərək matçın vacibliyini xüsusi vurğulayıb:

“Çox vacib oyundur. Hazırlaşmaq üçün çox vaxtımız olmadı. Buna baxmayaraq, az vaxtdan səmərəli istifadə etməyə çalışdıq. Daha çox futbolçuların fiziki durumuna diqqət ayırdıq. Sabah meydanda intizamlı və mübariz iki kollektiv görəcəyik”.

Qurban Qurbanov rəqib komandada baş məşqçi dəyişikliyinin oyuna təsir göstərə biləcəyini də qeyd edib:

“Rəqibin əvvəlki oyunlarını analiz edirdik. Yanvar ayından bəri keçirdikləri matçlarda həm fərqli heyətlə, həm də müxtəlif taktiki sxemlərlə çıxış edirdilər. Hər oyunda hücum və müdafiədə fərqli yanaşmalar sərgiləyirdilər. Buna uyğun hazırlıq aparmışdıq. Ancaq baş məşqçi dəyişikliyi planlarımızı müəyyən qədər poza bilər. Sabah meydanda çox diqqətli olmalıyıq. Əsas məsələ öz oyunumuzu intizamlı şəkildə oynamaqdır. Rəqib təcrübəli komandadır”.

“Qarabağ”ın baş məşqçisi oyun günü gözlənilən hava şəraiti ilə bağlı da fikirlərini bölüşüb:

“Hər cür şəraitdə intizamlı olmağa çalışacağıq. Belə havalarda oyunların təxirə salınması nadir hallarda baş verir. İnanıram ki, hava şəraiti matçın gedişinə ciddi təsir göstərməyəcək”.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” görüşü yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.







Çempionlar liqası

Mbappe Beyl və Fiqunu geridə qoydu
  • Çempionlar liqası
  • 00:52 21.01.2026
Mbappe Beyl və Fiqunu geridə qoydu
“Rəqib çox yaxşı təşkil olunmuşdu”
  • Çempionlar liqası
  • 00:37 21.01.2026
“Rəqib çox yaxşı təşkil olunmuşdu”